ELM VƏ TƏHSİL


DİM martın 31-də növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 31-də 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün imtahan keçirəcək. İmtahanlarda həmçinin əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən IX sinif üzrə bu ay keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən bu ilin məzunları və digər kateqoriyalara aid olan namizədlər iştirak edəcək.