Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in Akademiyasının kursantları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

29.03.2019 [22:54]

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərliyi ilə Akademiyanın bir qrup professor-müəllim heyəti və kursantları 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.