CƏMİYYƏT


Düşmənlə üz-üzə - Qazaxın Məzəm və Quşçu Ayrım kəndlərindən REPORTAJ

Qazaxın Məzəm və Quşçu Ayrım kəndləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindəndir. Rayonun digər kəndləri kimi bu yaşayış məntəqələrində də əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər görülür. Sakinlər qüdrətli Azərbaycan Ordusuna güvənərək, öz doğma yurdlarında gündəlik işləri ilə məşğuldurlar.