CƏMİYYƏT


Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Taleh Kərimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Taleh Kərimovun Balaxanı qəsəbəsində yerləşən ona məxsus yarımtikiliyə baxış zamanı əlavə olaraq 1 kiloqram 605 qram heroin aşkar edilərək götürülüb.