"Gənc Kəşfiyyatçılar Klubu"nun üzvləri AZƏRTAC-a ekskursiya ediblər
06.04.2019 [16:04]
Xəbərin mətni
“Sevimli Bala” uşaq mərkəzi və AZƏRTAC-ın Uşaq Bilik Portalının birgə təşkilatçılığı ilə "Gənc Kəşfiyyatçılar Klubu"nun üzvləri agentliyə ekskursiya ediblər.
Ekskursiya zamanı uşaqlar AZƏRTAC-ın işi ilə tanış olublar. Onlara informasiyanın əldə edilməsi, hazırlanması və redaktə olunması haqqında məlumatlar verilib. Uşaqlar informasiyaların saxlandığı server otağı, rabitə, kitabxana və xarici dillərdə informasiya redaksiyası ilə tanış olublar.