Azərbaycan Dövlət İnformasiya Agentliyi

27 mindən çox şagird üçün buraxılış imtahanları keçirilib

07.04.2019 [14:16]

Namizədlər bu imtahandan maksimim 300 bal toplaya bilərlər. Onlar nəticə ilə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının ikinci mərhələsində, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak edə bilər. I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarınin ikinci mərhələsində isə maksimal bal 400 olacaq. Beləcə hər iki mərhələdə iştirak etməklə namizədlər maksimal 700 bal toplamaq imkanı qazanacaqlar.