Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib
11.04.2019 [14:29]
Xəbərin mətni
Aprelin 11-də Bakı Dövlət Universitetində (BDU) əmək yarmarkası keçirilib. Yarmarkada BDU-nun IV kurs tələbələri və magistrlər, həmçinin universitetin məzunları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yarmarka tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədilə reallaşıb.