ELM VƏ TƏHSİL


Xaçmazlı müəllim fənn kabinetini “tarix muzeyi”nə çevirib

Xaçmaz rayonunun Xudat şəhərində fəaliyyət göstərən 4 nömrəli məktəb-liseyin şagirdləri tarix dərslərini tunc, orta əsrlər və ən yeni dövrümüzə aid saxsı qablar, geyim əşyaları, pullardan ibarət kolleksiya və digər maraqlı eksponatların əhatəsində keçir. Xaçmazlı müəllim Sərxan Qəribov çalışdığı məktəbdə fənn kabinetini “tarix muzeyi”nə çevirib. Tarix kabinetində müxtəlif dövrlərə aid 300–dən çox eksponat qorunur.