ELM VƏ TƏHSİL


AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib

Agentliyin ispan dili bölməsinin əməkdaşı Ülkər Əliyeva tədbir iştirakçılarına AZƏRTAC haqqında məlumat verib. O bildirib ki, AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. Agentlik rəsmi məlumatlarla yanaşı, fasiləsiz olaraq 8 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.