Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23.04.2019 [17:59]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşdü. Daha sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verildi. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.