Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda dini sahədə ixtisaslı kadrlar yetişdirilir

26.04.2019 [18:16]

Azərbaycanda din sahəsində ixtisaslı gənc kadrlara böyük ehtiyac var. Ölkə başçısının sərəncamı ilə yaradılan İlahiyyat İnstitutunun məqsədi də savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçılar yetişdirməkdir. Artıq 1 ildir fəaliyyət göstərən İnstitutda yarısı qız, yarısı oğlan olmaqla 109 tələbə təhsil alır. Rektor Ceyhun Məmmədov  hesab edir ki, tələbələr arasında əsl islamşünaslar yetişdirə biləcəkləri gənclər kifayət qədərdir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI