Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanlar keçirib

28.04.2019 [19:27]

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.