Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİM-in saytında öz balına və cavab vərəqlərinə baxanların sayı çox azdır

29.04.2019 [18:17]

Məleykə Abbaszadə vurğulayıb ki, öz balına və cavab vərəqlərinə baxanların sayı çox azdır. Belə ki, martın 3-də keçirilən imtahanda iştirak edənlərdən 26857 abituriyent öz nəticələrinə (balına) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə 10795 nəfər (29 faiz) baxıb. Digər imtahan iştirakçılarından 25762 abituriyent öz nəticələrinə (balına) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) 6973 nəfər (18 faiz) baxıb.