ELM VƏ TƏHSİL


Sabahdan ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır

Mayın 1-dən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.

Tətil mayın 5-dək davam edəcək. Mayın 6-da isə dərslər başlayacaq. 

Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, dərs ili ərzində 5 gün payız tətili, 5 gün qış tətili və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşib.