Mayın ilk günü Bakıda 24 dərəcə isti olacaq
30.04.2019 [14:29]
Mayın 1-i respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 1-də hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.