Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİM mayın 5-də Azərbaycan dili fənni üzrə test imtahanı keçirəcək

03.05.2019 [11:38]

Dövlət İmtahan Mərkəzi mayın 5-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən və tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili fənnindən test imtahanı keçirəcək.