CƏMİYYƏT


İrandan Azərbaycana narkotik vasitələr gətirən şəxslər tutulub

Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunan Zaxar Şamilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,514 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Z.Şamilov ifadəsində narkotik vasitəni Nizami adlı şəxsdən aldığını bildirib.