ELM VƏ TƏHSİL


Ədliyyə orqanlarında işləmək istəyənlərin imtahan vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2019-ci il mayın 11-də Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. İmtahan saat 10:00-da vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin idman sarayında təşkil olunacaq. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılmış və 384 nəfərin namizədliyi qeydə alınıb.