ELM VƏ TƏHSİL


DİA-da dəyirmi masa: Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis deputatlarının, professor və müəllimlərin iştirak etdikləri tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişaf mərhələlərindən danışıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında əməkdaşlığın qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyev və Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub.