CƏMİYYƏT


Qubada avtoxuliqanlıq edən gənclər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan iki sürücünü saxlayaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə saxlanılan şəxslərin - Quba rayon sakinləri Fərid Rzayev və Ramazan Sərkərovun müxtəlif vaxtlarda rayonun küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri, eləcə də rayon ərazisində bir-biri yarışaraq qəza şəraiti yaratdıqları məlum olub.