CƏMİYYƏT


“Əmlakınıza etinasız yanaşmayın” - Polis əhaliyə müraciət edib

Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəriprodakşn” studiyası tərəfindən maarifləndirici videoçarx hazırlanıb. Paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.