CƏMİYYƏT


Xaçmazda səyyar “ASAN qatar”ın xidmətlərindən 3 minədək sakin faydalanıb

Mayın 1-dən etibarən Xaçmazla yanaşı Quba, Qusar və Şabran rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.

Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.