ELM VƏ TƏHSİL


Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir

Bu fikir Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşündə səslənib.

Sie Fucan iki ölkə arasında tarixən yaranmış əlaqələrin müasir dövrdə bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətlərində inkişaf etdiyini, birgə layihələrin icra olunduğunu deyib.