ELM VƏ TƏHSİL


Yay düşərgələri necə təşkil olunacaq?

Artıq 3 ildir ki, Təhsil Nazirliyi tərəfindən uşaqlar üçün yay düşərgələri keçirilir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Dilarə Hacıyeva bildirir ki, tədris ili boyunca yüksək göstəricilərə malik, olimpiada, müsabiqələrdə aktivlik göstərən, qalib gələn uşaqlar yay düşərgələrinə seçiləcəklər. Bizim düşərgələrimiz bir-neçə istiqamət üzrə keçirilir. Bura ekologiya, yaradıcılıq və turizm daxildir. Düşərgələr Bakıda və regionlarda təşkil olunur. İyul-avqust aylarında yay düşərgələrinin təşkili nəzərdə tutulur.