İyunun 2-də buraxılış imtahanı keçiriləcək
27.05.2019 [16:23]
İyunun 2-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.