ELM VƏ TƏHSİL


Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzinin 2019/2020-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.