ELM VƏ TƏHSİL


Qax məktəblisi buraxılış imtahanında 300 bal toplayıb

Qax rayonunun ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri builki buraxılış və ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsində yüksək nəticə göstəriblər. Şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyin şagirdlərinin imtahanlarda əldə etdikləri nəticələr xüsusilə ürəkaçandır. Belə ki, məktəbin 11 A sinif şagirdi Murad Şərifzadə Dövlət İmtahan Mərkəzinin on birinci siniflər üçün keçirdiyi buraxılış imtahanında maksimum nəticə - 300 bal toplayıb. O, ali məktəblərə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının birinci mərhələsində də yüksək bilik nümayiş etdirərək, ümumilikdə, 654 bal toplamağa müvəffəq olub.