ELM VƏ TƏHSİL


DİM II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır