Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır
07.06.2019 [17:23]
2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 7-dən 18-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisaslaşma seçiminə 2019-cu ildə magistraturaya qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılır.