Altı yüzədək bakalavr ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib
08.06.2019 [16:19]
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyunun 8-nə olan məlumata görə, ümumilikdə 597 nəfər (Azərbaycan bölməsi üzrə 521, rus bölməsi üzrə 76 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.