ELM VƏ TƏHSİL


Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilib

İyunun 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.