Qırx altı mindən çox abituriyent ərizəsini təsdiqləyib
10.06.2019 [13:00]
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyunun 10-u saat 11.35-ə olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 17705, II ixtisas qrupu üzrə 9667, III ixtisas qrupu üzrə 15247, IV ixtisas qrupu üzrə 3807 nəfər ərizəsini təsdiq edib. Beləliklə, 4 ixtisas qrupu üzrə ümumilikdə 46426 nəfər ərizəsini təsdiqləyib.