ELM VƏ TƏHSİL


UNEC gənclər üçün əmək yarmarkası təşkil edib

İyunun 10-da Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün əmək yarmarkası – 2019” keçirilir.

AZƏRTAC xəbər verir ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının keçirilməsində məqsəd Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.