İQTİSADİYYAT


Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb

İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Prezident İlham Əliyevin Konfrans və Sərgi iştirakçılarına ünvanladığı məktubunu oxudu.