ELM VƏ TƏHSİL


Gənclər Fondu “Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə” elan edib

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi Fonda həvalə olunub.  Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr pilləsinə qəbul olmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Həmçinin, ABŞ və Böyük Britaniyanın ilk ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər. Müraciətlər iyunun 23-ə qədər qəbul olunacaq.