ELM VƏ TƏHSİL


İyunun 16-da keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da 29 şəhər və rayonda yerləşən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini açıqlayıb. İmtahanın nəticələri saat 17:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır