Xaçmazda yeni məktəb binası istifadəyə veriləcək
19.06.2019 [16:04]
Xəbərin mətni
Xaçmaz şəhərində inşa olunan 432 şagird yerlik ikimərtəbəli məktəb binasının yeni tədris ilində istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda binanın dam örtüyünün tikintisi həyata keçirilir. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina otuz sinif otağından ibarət olacaq.