ELM VƏ TƏHSİL


İyunun 23-də 24028 abituriyent I və IV qruplar üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, " imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılacaq. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır