Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

20.06.2019 [14:49]

Xəbərin mətni

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin birgə təşkilatçılığı ilə “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə AMEA-nın Tarix İnstitutunun nəşrlərindən ibarət sərgi ilə tanış olublar.