Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəran Peşə Liseyinin tələbələri yeni sosial layihəyə imza atıblar

22.06.2019 [17:58]

Xəbərin mətni

Lənkəran Peşə Liseyinin “Gənc Texniklər Qrupu” fiziki enerjini elektrik enerjisinə çevirən velotrenajor hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədris ili ərzində müxtəlif sahələrdə biznes və sosial layihələrin təqdimatını həyata keçirən tələbələr bu dəfə liseyin müəllimi Etibar Nəhmətlinin rəhbərliyi ilə fiziki enerjini elektrik enerjisinə çevirən qurğu təqdim ediblər.