MƏDƏNİYYƏT


Azərbaycan Televiziyası nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Ankarada Beynəlxalq Radioçular Birliyinin təsis etdiyi “Beynəlxalq alqışa layiq görülənlər” mükafatının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatda siyasi dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tanınmış jurnalistlər və sənətçilər iştirak ediblər.
Beynəlxalq Radioçular Birliyinin sədri Yusif Erbaş mükafatın təsis olunması və ötən 10 ildəki təqdimatlar barədə ümumi məlumat verərək deyib ki, bu ənənə qarşıdakı illərdə də davam edəcək.