MƏDƏNİYYƏT


"China Daily" qəzeti Azərbaycan muğamından yazır

Çinin nüfuzlu "China Daily" qəzetinin internet səhifəsində "Azərbaycanın milli irsi olan muğam dünya musiqi sənətinin incisidir" adlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Muğam” sözünün mənasının Allah tərəfindən göndərilən musiqi kimi izah olunduğu qeyd edilir. Bildirilir ki, ənənəvi olaraq muğam 3 nəfər - tar və kamança ifaçıları, xanəndə tərəfindən təqdim olunur.