ELM VƏ TƏHSİL


Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb

İyunun 25-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müəllimi, professor, “Şərəf” ordenli Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.