ELM VƏ TƏHSİL


DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Bu imtahanda 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının ikinci mərhələsində iştirak edə bilməyən bu ilin məzunları və digər kateqoriyalar üzrə namizədlər iştirak edəcək.  İmtahanda 6461 nəfərin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır