ELM VƏ TƏHSİL


"CanSat Azərbaycan 2019" tələbə model peyk müsabiqəsinin final mərhələsi keçirilib

İyun 28–də "Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu ilin yanvar ayından etibarən elan edilən “Cansat Azərbaycan 2019” müsabiqəsində ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Builki müsabiqədə region universitetlərindən olan Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.