Şimal bölgəsi üzrə ən yüksək nəticə göstərən abituriyent
29.06.2019 [13:01]
Xəbərin mətni
Ali məktəblərə qəbul imtahanının ilkin nəticələrinə əsasən şimal bölgəsi üzrə ən yüksək bal toplamış Siyəzən məktəblisi Samirə Qədəşova həkim olmaq istəyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbul imtahanlarında 683 bal yığan abituriyent Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin məzunudur. Samirə Qədəşova buraxılış imtahanında mümkün 300 baldan 298-ni toplayıb. IV ixtisas qrupu üzrə qəbul imtahanındakı göstəricisi isə 385 baldır.