Azərbaycan Dövlət İnformasiya Agentliyi

II və III ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə

01.07.2019 [19:00]

İyulun 7-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.