Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 mindən çox namizəd elektron ərizəsini təsdiqləyib

03.07.2019 [19:00]

İyunun 24-dən başlanmış müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də saat 23:59-da başa çatacaq.
Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaqlar.