ELM VƏ TƏHSİL


DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə imtahan keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılacaq. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunacaq.