ELM VƏ TƏHSİL


52 638 namizəd müəllim olmaq üçün test imtahanı verəcək

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib, göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub. İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.

Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.